"Eko-səyahətlər" adlı ekoloji-maarifləndirici aksiya Tusi-Bohm Planetariumda həyata keçirilib.

16:oktyabr:2024 , 06:21

Eko-seyahetler-adli-ekoloji-maariflendirici-aksiya-Tusi-Bohm-Planetariumda-heyata-kecirilib

Elm və Təhsil Nazirliyi, "EkoSfera" Sosial-Ekoloji Mərkəz İctimai Birliyinin təşkilatçılığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlığı ilə "Yaşıl Şəbəkə" ekoloji-maarifləndirmə proqramı çərçivəsində məktəblərdə iqlim dəyişikliyi və ətraf mühit mövzularında şagirdlərin bilik və bacarıqlarını artırmağı hədəfləyən "Eko-səyahətlər" adlı ekoloji-maarifləndirici aksiya Tusi-Bohm Planetariumda həyata keçirilib. Aksiyanın məqsədi planetariumda müasir texnologiyalar və təqdimatlar vasitəsilə astronomiya və ekologiyanın önəmi barədə şagirdlərə məlumat vermək, təbiətə və kosmosun gözəlliyinə sevgi və qayğı hislərini aşılamaq, elmi tədqiqatlara maraq oyatmaq, eləcə də biomüxtəlifliyin qorunması sahəsində məlumatlar təqdim etməkdir. Tusi-Bohm Planetariumda məktəblilər "Eko-səyahətlər" zamanı iqlim dəyişikliyinin qlobal miqyasda təsirlərinə vizual olaraq şahid olub və nəticədə onlarda planetin gələcəyi üçün məsuliyyət hissi yaranmaqla bərabər ekoloji biliklərini praktik şəkildə inkişaf etdirməyə çalışıblar. Şagirdlər burada iqlim sistemləri, planetin ekosistemləri və onların mühafizəsi mövzusunda interaktiv təlimlərdə iştirak edib, astronomiya və ekologiya arasında əlaqələri öyrəniblər.